Starmer Zelenski və Trampla danışıb

Starmer Zelenski və Trampla danışıb
22 Noy 2025 23:40

Böyük Britaniyanın Baş naziri Keyr Starmer ABŞ Prezidenti Donald Trampla telefon danışığı aparıb. Onlar ABŞ-ın sülh planını müzakirə ediblər.

News365.az xəbər bu barədə “Skay Nyus” məlumat yayıb.

Bildirilib ki, liderlər noyabrın 23-də Cenevrədə keçiriləcək görüşdə danışıqlar aparan nümayəndələrinə Ukrayna planının müzakirəsini davam etdirməyi tapşırıblar.

Starmerin Trampla söhbətdən əvvəl Ukrayna Prezidenti Vladimir Zelenskiyə zəng etdiyi vurğulanıb.


Sizin reklam burada
Sizin reklam burada