Feysbuk səhifəsində paylaşım edən müğənni Nuri Suri bəzi jurnalistlərin onun sözlərini təhrif etdiyini və Vüqar Əhmədin adını istifadə edərək yanlış məlumat yaydıqlarını bildirib.
O qeyd edib ki, guya “Vüqar Əhmədin ağsaqqalı” imiş kimi təqdim olunmaları əsassızdır.
Nuri Suri bildirib: “Nə vaxtsa Vüqar Əhmədlə danışmışıq, ya da görüşmüşüksə, sübut edin. Mən məhkəməyə bütün zəng və mesajlarımı təqdim etməyə hazıram. Hər qərəzli addıma arqument və faktlarla cavab verəcəm.”
O həmçinin Tiktokda yayılan sorğuda adının heç bir dəftərdə olmamasına baxmayaraq, “Nura Surini tanıyırsınız?” sualının verildiyini və insanların hamısının “yox” cavabı verdiyini qeyd edib. Suri bunu “acizlik” adlandıraraq, bir neçə gün ərzində başqa hansı yanlış məlumatların ortaya çıxacağını gözlədiyini bildirib.