Qəyyumluğa verilən uşaqların sayı bəlli oldu - Rəsmi açıqlama

Qəyyumluğa verilən uşaqların sayı bəlli oldu - Rəsmi açıqlama
12:01

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “Valideyn himayəsindən məhrum olmuş uşaqlar, himayədar ailə və övladlığagötürmə” altsistem üzrə qeydiyyatda olan müəssisələrdə hazırda 1273 nəfər valideyn himayəsindən məhrum olmuş uşaq yaşayır.

Bu barədə Sosial Xidmətlər Agentliyindən məlumat verilib.

Bildirilib ki, valideyn himayəsindən məhrum olmuş uşaqlardan 745-i oğlan, 528-i isə qızdır.

Əlavə olaraq agentlikdən verilən məlumata görə, 2025-ci il ərzində müəssisələrdə yaşayan valideyn himayəsindən məhrum 31 uşaq övladlığa, 12 uşaq isə himayədar ailələrə verilib. Bu altsistem vasitəsilə valideyn himayəsindən məhrum olmuş uşaqların müəssisələrə yerləşdirilməsi, onların övladlığa və himayədar ailələrə verilməsi üzrə işlər həyata keçirilir.

Qeyd edilib ki, mövcud qanunvericiliyə əsasən uşağın ailəsinin olmaması və ya ailədə qalmasının qeyri-mümkünlüyü müəyyən edildikdə onun müəssisəyə yerləşdirilməsi barədə qərar qəbul edilir.


Sizin reklam burada
Sizin reklam burada