Qalmaqallı rektor imtahansız universitetə daxil olub? - İDDİA

Qalmaqallı rektor imtahansız universitetə daxil olub? - İDDİA
12:53

Azərbaycanda ən gənc rektor Rüfət Əzizovdur. O, 7 aprel 1980-ci ildə Bakı şəhərində anadan olub.

News365.az-ın məlumatına görə, Rüfət Əzizovu digər həmkarlarından fərqləndirən təkcə onlardan xeyli cavan olması deyil. İxtisasca kimyaçı olan 45 yaşlı rektor universitetə imtahansız qəbul olub.

Bu hadisə 1998-ci ildə baş verib. Beynəlxalq Mendeleyev Kimya Olimpiadasının qalibi olan azərbaycanlı gənc 27 il əvvəl Lomonosov adına Moskva Dövlət Universitetinin Kimya Fakültəsinə imtahansız qəbul olub. Onun Rusiyanın bir nömrəli universitetindən məzun olması 2003-cü ilə təsadüf edir.

Rüfət Əzizov məzun olandan sonra Vətənə qayıtmağa tələsməyib. Moskva Dövlət Universitetində aspirantura təhsilinə davam edərək, 2006-cı ildə namizədlik dissertasiyasını müdafiə edib.

Rüfət Əzizovun iş təcrübəsi biotexnologiya, kimyəvi kataliz, pedaqoqika, neft-qaz sənayesi, metal istehsalı, sənaye layihələrinin idarə olunması, təhsil və istehsal bizneslərini əhatə edir.

O, Elm və təhsil naziri Emin Əmrullayevin əmri ilə 7 yanvar 2021-ci ildə Təhsil İnstitutunun direktoru vəzifəsinə təyin olunub. Bu vəzifədə iki il çalışıb.

13 sentyabr 2023-cü ildə Prezident İlham Əliyevin sərəncamı ilə Sumqayıt Dövlət Universitetinin rektoru təyin edilib.

Rüfət Əzizov 3 fevral 2025-ci ildən Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) rektoru vəzifəsində çalışır. Ailəlidir. 2 övladı var.

Qeyd edək ki, onun bir müddət əvvəl universitetin adını rus versiyasına qaytarmaq təşəbbüsü qalmaqal yaratmış və onun Rusiya meyilli olmasına dair iddialar irəli sürülmüşdü


Sizin reklam burada
Sizin reklam burada