Arif Buzovnalıya son mənzilə yola salınır

Arif Buzovnalıya son mənzilə yola salınır
12:48

Bu gün vəfat edən şair Arif Buzovnalı ilə vida mərasimi keçirilir.

News365.az xəbər verir ki, onunla vidalaşmaq istəyən qohumları, dostları və məsləkdaşları Buzovnada yerləşən Məşədi Qərib məscidinə toplaşıblar.

Şair Buzovna qəbristanlığında dəfn olunacaq.

Arif Buzovnalı xərçəng xəstəliyindən əziyyət çəkirdi. O bu gün səhər saatlarında dünyasını dəyişib. A. Buzovnalı 2016-cı ildən Azərbaycan Yazıçılar Birliyinin Xəzər bölməsinin sədri idi.


Sizin reklam burada
Sizin reklam burada