Ukrayna Silahlı Qüvvələri (VSU) qondarma "Luqansk Xalq Respublikası"nda hücum cəhdi zamanı reaktiv mühərrikli nadir təyyarə tipli Pilotsuz Uçan Aparatdan(PUA) istifadə edib. Bu barədə Rusiya mediasına təhlükəsizlik qurumlarındakı mənbə məlumat verib.
Qeyd edilib ki, bu PUA karbondan hazırlanıb, xüsusi qanad formasına malikdir və mini reaktiv mühərriklə təchiz edilib.
Mənbə onu da bildirib ki, ilkin məlumatlara görə, Ukrayna Silahlı Qüvvələri reaktiv mühərrikli, uçuş məsafəsi 500 km-ə qədər ola bilən qanad tipli pilotsuz təyyarədən kəşfiyyat və s. üçün deyil, məhz zərbə üçün istifadə edib.
"Bu tip PUA əvvəllər demək olar ki, istifadə olunmayıb. Ehtimallara görə, onun döyüş başlığı 20 kq-a, uçuş sürəti isə 200 km/saata çata bilər. Təhlükəsizlik qüvvələri onu da əlavə ediblər ki, pilotsuz təyyarənin dəqiq modeli hələ müəyyən edilməyib.
Rusiya ilə Ukrayna arasındakı genişmiqyaslı müharibə 2022-ci ilin fevralın 24-də başlayıb. Moskva işğal zamanı qoşunları Kiyevə qədər apara bilsə də, sonradan müharibədə üstünlük nisbətən Ukraynanın tərəfinə keçdi. Ukrayna qoşunları ötən ilin iyunundan əks-hücum əməliyyatlarına başladılar. Amma bu da uğurlu olmadı. Ukrayna ordusu 2024-cü ildə gözlənilmədən Rusiyanın Kursk vilayətinə girdi. Son aylarda isə Rusiya yenidən döyüş meydanındakı vəziyyəti öz xeyrinə dəyişə bilib. Kurskun işğalda qalmış əraziləri yenidən geri qaytarılıb.
Tural