Robert Fitso işgüzar proqramını bir neçə dəfə ləğv edib

Robert Fitso işgüzar proqramını bir neçə dəfə ləğv edib
03 May 2025 14:07

Slovakiyanın bir il öncə sui-qəsdə məruz qalan Baş naziri Robert Fitso ötən günlər ərzində bir neçə dəfə işgüzar proqramını son anda ləğv edib.

News365.az xəbər verir ki, bu haqda məlumatı “Tvnoviny” portalı yayıb.

Bildirilib ki, o, həm 1 may münasibətilə təşkil olunan tədbirlərə qatılmayıb, həm də Nitradakı çörək zavodunun işçiləri ilə həmrəylik nümayiş etdirmək niyyəti ilə nəzərdə tutulan gecə növbəsi üzrə işə çıxmaqdan imtina edib.

Fistonun Oksford Universitetinin tələbələri üçün nəzərdə tutulan mühazirəsi də təxirə salınıb.



Sizin reklam burada
Sizin reklam burada