Rikkets: "Sülhməramlılar Rusiya ilə döyüşə bilər"

Rikkets: "Sülhməramlılar Rusiya ilə döyüşə bilər"
17 Fev 2025 15:45

Böyük Britaniyanın keçmiş baş naziri David Cameronun keçmiş müşaviri Peter Rikkets diqqət çəkən açıqlamalar verib. "Sky News"un yaydığı məlumata görə, o, bildirib ki, Ukraynaya sülhməramlıların göndərilməsi perspektivinə ehtiyatla baxmaq lazımdır. Çünki bu, son nəticədə “Britaniya əsgərlərinin ruslara qarşı döyüşməsi” anlamına gələ bilər. 

O, şəxsən özünün potensial sülhməramlı qüvvələrin tərkibində Britaniya qoşunlarının Ukraynaya göndərilməsi perspektivinə “ehtiyatlı” yanaşdığını vurğulayıb: "Britaniya qoşunlarının hansı rol oynayacağını və atəşkəs pozulacağı təqdirdə nə baş verəcəyini "çox aydın" təsvir etmək lazımdır",- Rikkets bildirib.

Rusiya ilə Ukrayna arasındakı genişmiqyaslı müharibə 2022-ci ilin fevralın 24-də başlayıb. Moskva işğal zamanı qoşunları Kiyevə qədər apara bilsə də, sonradan müharibədə üstünlük nisbətən Ukraynanın tərəfinə keçib. Ukrayna qoşunları 2023-cü ilin iyunundan əks-hücum əməliyyatlarına başladılar. Amma bu da uğurlu olmadı. Ötən il isə Kiyev gözlənilmədən Rusiya ərazisinə hücum etdi. Ukrayna qoşunları hazırda Kurskun bir hissəsinə nəzarət edirlər. Son aylarda isə Rusiya yenidən döyüş meydanındakı vəziyyəti öz xeyrinə dəyişə bilib.


Tural


Sizin reklam burada
Sizin reklam burada