“Regiona nüfuz etmək istəyənlərin məqsədi sülh ola bilməz”- Aytən Qurbanova

“Regiona nüfuz etmək istəyənlərin məqsədi sülh ola bilməz”- Aytən Qurbanova
10:40

Avropa İttifaqının Ermənistandakı “mülki missiyasının” mandatı daha iki il müddətinə uzadıldı. 

Bununla bağlı politoloq Aytən Qurbanova News365.az-a fikirlərini bildirib.

“Ümumiyyətlə, bu missiyanın fəaliyyətinin legitimliyi sual altındadır, çünki təcrübədə analoji belə bir hadisənin baş verməsi müşahidə edilməyib. Bu missiyanın tərkibində Avropadan çox uzaqda yerləşən Kanadanın nümayəndələrinin olması da başqa sual yaradan məqam olaraq mütləq şəkildə nəzərdən keçirilməlidir. Bütün bu suallar cavabsız qaldığı və Azərbaycan və Ermənistan arasında sülh danışıqlarında bu qədər irəliləyişlər əldə olunduğu bir mərhələdə Avropa İttifaqının belə bir addım atması təbii ki, birmənalı qarşılanmır. Çünki sözdə sülhə töhfə vermək adı ilə hərbiləşmiş “mülki missiyanı” kəşfiyyat məlumatları toplamağı və təxribatları koordinasiya etmək üçün Ermənistan ərazisində yerləşdirmək və oradan regiona nüfuz etməyə çalışmağı hədəfləyən qüvvələrin məqsədi heç bir halda sülh ola bilməz. Ona görə də, “binokl diplomatiyasını” davam etdirən bu kəşfiyyat missiyasının mövcudluğu regional təhlükəsizlik üçün ciddi təhdid olması faktı dəyişməz olaraq qalır.