Şəmkirdəki qəzada xəsarət alanlardan XƏBƏR VAR -İkisinin vəziyyəti…

Şəmkirdəki qəzada xəsarət alanlardan XƏBƏR VAR -İkisinin vəziyyəti…
10:18

Şəmkirdə “Mercedes” markalı mikroavtobus idarəetməni itirərək su kanalına aşıb.

Bakıvaxtı.az-ın məlumatına görə, hadisə bu gün saat 07:35 radələrində qeydə alınıb.

TƏBİB-dən verilən məlumata görə,hadisə nəticəsində 12 nəfər (11-i qadın, 1-i kişi) Şəmkir Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə çatdırılıb. Onlara bədənin müxtəlif nahiyələrinin çoxsaylı travmaları diaqnoz qoyulub.

Məlumatda qeyd edilib ki, xəsarət alanların müalicəsi tibb müəssisəsində davam etdirilir. Hazırda 10 nəfərin vəziyyəti orta ağır, 2 nəfərin vəziyyəti isə ağır olaraq qiymətləndirilir.

Hadisənin başvermə səbəbləri araşdırılır.


Sizin reklam burada
Sizin reklam burada