Ceyhun Bayramov Vyanada ATƏT XİNŞ-in iclasında iştirak edir

Ceyhun Bayramov Vyanada ATƏT XİNŞ-in iclasında iştirak edir
12:50

Bu gün Vyanada (Avstriya) ATƏT Xarici İşlər Nazirləri Şurasının (XİNŞ) 32-ci iclası başlayıb.

News365.az xəbər verir ki, xarici işlər naziri Ceyhun Bayramov iclasda iştirak edir.

ATƏT-in fəaliyyətdə olan sədri, Finlandiyanın xarici işlər naziri Elina Valtonen azərbaycanlı naziri salamlayıb.

Tədbirdə ATƏT-in üzvü olan 57 dövlətin xarici işlər nazirlərinin, həmçinin 11 tərəfdaş ölkənin nümayəndələrinin iştirakı gözlənilir.


Sizin reklam burada
Sizin reklam burada