ABŞ Prezidenti Donald Tramp Minnesota ştatında yaşayan Somalili mühacirlərlə bağlı sərt mövqe nümayiş etdirib.
News365.az-ın məlumatına görə, Tramp həmin icmanın ölkədən çıxarılmasının vacib olduğunu deyib.
O, Somali əsilli Konqres üzvü İlhan Öməri də hədəfə alaraq, onun ABŞ vətəndaşlığına layiq olmadığını iddia edib. İlhan Ömər isə Trampın fikirlərinə kəskin reaksiya verib və Somalidən gəlmiş amerikalıların ölkənin ayrılmaz hissəsi olduğunu bildirib.
Bununla yanaşı, Tramp Minnesotada tətbiq olunan “müvəqqəti qorunan status” proqramının dayandırıldığını elan edib. Bu qərar ştatdakı minlərlə miqrantın gələcək durumunu sual altına salır.
News365.az