Payız-qış
aylarından soyuqlayan uşaqlara həkimlər adətən müxtəlif siroplar yazırlar. Əslində
bu metod daha effektiv olur. Amma son günlər siropla bağlı yayılan məlumatlar xeyli
narahatlıq doğurur. Yayılan xəbərlərdə deyilir ki, Hindistanda uşaqlar arasında
öskürək siropundan zəhərlənən və ölənlər var.
Məsələyə
münasibət bildirən pediatr Vaqif Qarayev News365.az -a
açıqlamasında bildirib ki, son günlər belə bir məlumat paylaşılır:
“Səbəbi haqqında
müxtəlif mülahizələr var. Yəqin araşdıprmanın son nəticələrini də paylaşarlar. Öskürək
dərmanına meyvə şirəsi kimi baxırıq. “Bir öskürək dərmanı deyin, uşağa
verim" hər gün soruşulur. Əslində müayinəsiz öskürək dərmanı təyin olunmamalıdır!
Quru, bəlğəmli, tutmaşəkilli, boğucu öskürəklər olur uşaqlarda. Hər biri ayrıca
yanaşma tələb edir. Ona görə həkimi məcbur etmək düzgün deyil. Aptek işçiləri də
meyvə şirəsi kimi satmamalıdır öskürək siroplarını. Uşaqları qoruyaq!”
News365.az