Vətəndaş kredit adı ilə aldadıldı: Kartdakı 500 manat da itdi- FOTOLAR

Vətəndaş kredit adı ilə aldadıldı: Kartdakı 500 manat da itdi- FOTOLAR
14:07

Azadov Azər Vahid oğlu kredit götürmək istəyərkən fırıldaqçılıqla qarşılaşıb.

Bununla bağlı vətəndaş News365.az-a müraciət edib. 

Onun sözlərinə görə, o, 3000 manat kredit almaq üçün "Manato.az"-la əlaqə saxlayıb. Lakin vasitəçi şəxslər tərəfindən aldadılaraq, ona cəmi 500 manat verilib.

Məlumata görə, həmin məbləğ karta köçürüldükdən dərhal sonra kart bloklanıb. Daha sonra blok açıldıqda, kartda olan 500 manatın da çıxıldığı məlum olub. Bununla da vətəndaş həm kredit ala bilməyib, həm də ona verilən məbləği itirib.

Azadov bildirir ki, bu fırıldaqçılıqla bağlı aidiyyəti qurumlara müraciət edib, lakin şikayətə baxan yoxdur.

 



Sizin reklam burada
Sizin reklam burada