İş Günləri Dəyişdirilirmi?

İş Günləri Dəyişdirilirmi?
15:23

Azərbaycanda bir sıra universitet və kurslarda bayramla bağlı iş günlərinin yerləri dəyişdirilib.

News365.az xəbər verir ki, bəzi təhsil müəssisələri dekabrın 27-28-i ilə (şənbə-bazar) dekabrın 29-30-u tarixlərində yerdəyişmə ediblər.

Yeni ildə iş və istirahət günlərinin yerinin dəyişdirilməsi ilə əlaqədar hələ heç bir rəsmi məlumat olmasa da, kurs iştirakçılarına və tələbələrə bildirilib ki, onlar həftəsonu dərslərdə iştirak etməlidirlər.

Nazirlər Kabinetindən bildirilib ki, bununla bağlı hazırda müvafiq qərar yoxdur.

Xatırladaq ki, 2 həftə əvvəl 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı ilə əlaqədar ölkədə bir həftəlik tətilin olacağı ilə bağlı məlumat yayılmışdı.

Nazirlər Kabineti 2026-cı il üçün Novruz, Ramazan və Qurban bayramları günlərini müəyyən edib.

Qafqazinfo

Sizin reklam burada
Sizin reklam burada