Raket sınağı zamanı dəhşətli partlayış oldu - VİDEO

Raket sınağı zamanı dəhşətli partlayış oldu - VİDEO
11:40

ABŞ-nin Texas ştatında yerləşən SpaceX-in sınaq meydançasında ağır “Starship” daşıyıcı aparatı partlayıb. Hadisə statik alışdırma sınağı zamanı baş verib. Bu barədə Ura.ru agentliyi ABŞ Milli Aeronavtika və Kosmik Tədqiqatlar İdarəsinə (NASA) istinadən məlumat yayıb.


Kosmik təşkilatın məlumatına görə, insident gücləndiricinin birinci mərhələsinin sınaq mərhələsində baş verib və nəticədə əhəmiyyətli yanacaq sızması olub. 

NASA X sosial şəbəkəsindəki səhifəsində "Ağır SpaceX Starship daşıyıcısı statik yanğın sınağı zamanı partladı" yazıb.

Sınaq NasaSpaceFlight vasitəsilə canlı yayımlanıb. Qeyd olunur ki, çətinliklərə baxmayaraq, SpaceX-in baş direktoru İlon Mask Starship-in uğurlu sınaq uçuşlarının sayının sürətlə artacağını gözləyir.


Tural


Sizin reklam burada
Sizin reklam burada