Afrikada aclıqdan əziyyət çəkən insanların sayı 309 milyona çatıb

Afrikada aclıqdan əziyyət çəkən insanların sayı 309 milyona çatıb
27 İyl 2026 23:40

Afrikada xroniki aclıqdan əziyyət çəkən insanların sayı ilk dəfə Asiyanı ötərək 309,2 milyona çatıb. 

News365.az xəbər verir ki, BMT-nin FAO, IFAD, UNICEF, WFP və ÜST-ün birgə hazırladığı hesabata görə, 2025-ci ildə dünyada xroniki aclıq çəkənlərin sayı 644,6 milyona enib, lakin Afrikada əhali artımı səbəbilə bu göstərici 307,3 milyondan 309,2 milyona yüksəlib. 

Hesabatda bildirilir ki, Afrika hazırda dünyada xroniki aclıq yaşayan insanların 48 faizinə ev sahibliyi edir. 

Mövcud tendensiya davam edərsə, 2030-cu ildə də dünyada aclıqdan əziyyət çəkən 510-520 milyon insanın təxminən 56 faizi Afrikada yaşayacaq.

Buna əsas səbəblər kimi silahlı münaqişələr, iqlim dəyişikliyi, iqtisadi böhranlar və ərzaq qiymətlərinin yüksək olması göstərilir.


Sizin reklam burada
Sizin reklam burada