Nadir şah nəyi qadağan etmişdi?

Nadir şah nəyi qadağan etmişdi?
09:18
Nadir şah Əfşar 1736- cı il Muğan qurultayından sonra bir fərman imzalayıb bütün Əfşar dövlətinin vilayətlərinə yolladı. Fərmanın mətni belədir:
" Səltənət mülkünün iftixarlı lütflərinə məzhər olan dövlətin yüksək məqamları, müctəhidlər və İsfahan səltənət evinin alimləri, bilmiş olun!
Muğan çölündə zəfər bayrağı dalğalanırkən qurultayda çoxluq bir qərar almışdı. Qərarın ortaq baxışına görə, hənəfi və cəfəri məzhəbləri əskilərdən bizə ulaşdığına görə, bir görüşdə olmuş və dörd raşid xəlifəni Peyğəmbərimizin xələfi olaraq bilmişlər. Bu gündən başlayaraq adları zikr edilən hər dörd xəlifə hörmətlə yad ediləcək. Ayrıca olaraq, ölkəmizin bəzi yerlərində Peyğəmbər sünnəsinin əksinə olaraq əzanda " Əliyyən Vəliyullah" deyə şiə artırmaları səslənməkdədir. Bu cümlə sünnət əhlinin görüşlərinə və İslama ziddir. Bizdən əvvəlkilər belə artırma ilə əzan oxumamışlar. Allahın aslanı adı ilə anılan Əbutalib oğlu Əlinin Allahın sevimlisi olduğu hər kəs tərəfindən bilinməkdədir. Əzana əlavə edilmiş olan bu cümləni çıxarmaq Əlinin böyük hörmətindən bir şey əksik etməz. Lakin bu cümləni əzanda zikr etmək hər ikisi də Peyğəmbər şəriətində olan şiə- sünni arasındakı ixtilafları və anlaşılmazlığı dərinləşdirər. Ümməti arasında barışdan yana olan İslam Peyğəmbərinin yanı sıra Əli də bu zikrdən razı olmazlar. Bu üzdən bu əmrin yayıldığı gündən etibarən, yuxarıdan aşağıya, kiçikdən böyüyə, müəzzinlərə və bütün müsəlmanlara duyurulur ki, əzanda zikr edilən "Əliyyən Vəliyullah" sünnətə ziddir. Əsla zikr edilməyəcəkdir. Ayrıca, məclislərdə Fatihə və təkbirdən sonra Səfəvi padşahının və vəli nemətin (imam Mehdi) ömrünün davamı üçün dua edirlər. Bu da gərəksiz və bihudə alışqanlıqdır. Özəlliklə yuxarıdan aşağıya doğru dövlətin bütün yetkililərinə bu zikrin də yasaqlandığı duyurulur. Bunun yerinə, gerçək şahə dua etmələri və öymələri gərəkməkdədir. Kim bu yasaqlara uymaz və ya qarşı gələrsə, şahın qəzəbini üzərində hiss edəcəkdir."
James Baillie Fraser, Tarixi Nadir şah Əfşar, farscaya çevirən Əbulqasim Xan Nasirulmülk, səh. 84-85.
“Mən (Nadir şah Əfşar) hicri 1148-ci ildə Muğan səhrasında sizinlə birlikdə bey`ət edərkən bunun müqabilində sizdən (səhabələrə) dil uzadılmasına son qoymağınızı şərt kimi irəli sürürəm.
Bundan belə “Səbbi-şeyxeyn”i (Həzrəti Əbubəkr və Ömərə söyməyi) qadağan etdim. Kim onlara dil uzadarsa onu öldürər, əyalını əsir edər, malını əlindən alaram. Nə İranda, nə də ətraf diyarlarda səhabələri qınamaq və digər buna bənzər çirkin davranışlar qəbuledilməzdir.
Bunlar alçaq Şah İsmayıl zamanında ortaya çıxarılan şeylərdir. Elə soyu da İsmayılın yol verdiyi davranışları davam etdirmiş, nəticədə səhabələrə söyülməsi halları artmış, bidətlər çoxalmış, sərsəmlik baş alıb getmişdir”.
Ş. Aydınoğlu

Sizin reklam burada
Sizin reklam burada