Abşeronda həyəcanlı anlar: "Ekopark"da partlayış baş verdi - FOToLAR

Abşeronda həyəcanlı anlar: "Ekopark"da partlayış baş verdi - FOToLAR
09:10

Abşeron rayonunun Ceyranbatan qəsəbəsində yerləşən Ekopark Yaşayış Kompleksində partlayış baş verib.

News365.az Report-a istinadən xəbər verir ki, hadisədən dərhal sonra əraziyə aidiyyəti qurumların briqadaları cəlb olunub.

Hazırda təhlükəsizlik tədbirləri çərçivəsində yaşayış kompleksinin sakinləri təxliyə edilir. Partlayışın səbəbi, eləcə də xəsarət alanların olub-olmaması barədə hələlik rəsmi məlumat açıqlanmayıb.

Faktla bağlı araşdırma aparılır.



Sizin reklam burada
Sizin reklam burada