Ahbap Dərnəyinə qəyyum təyin edildi.
News365.az xəbər verir ki, Türkiyədə İstanbul 8-ci Sülh Cəza Hakimliyi Ahbap Dərnəyinə qəyyum təyin olunmasına qərar verib. Məhkəmənin qərarına əsasən, dərnəyə məxsus daşınmaz əmlakın, nəqliyyat vasitələrinin, bank hesablarındakı vəsaitlərin və digər aktivlərin idarə olunması üç nəfərlik qəyyum heyətinə həvalə edilib. Qərar İstanbul Cumhuriyyət Baş Prokurorluğunun apardığı istintaq çərçivəsində qəbul olunub.