İyulun 28-i saat 10:00-a olan məlumata əsasən, respublika ərazisinin bəzi bölgələrində güclü külək müşahid olunur.
Milli Hidrometeorologiya Xidmətindən News365.az-a bildirilib ki, hazırda bir sıra ərazilərdə şimal-qərb küləyi üstünlük təşkil edir.
Küləyin maksimal sürəti Bakıda və Abşeron yarımadasında 22 m/s, Culfada 21 m/s, Neftçalada 20 m/s, Naftalanda isə 18 m/s-yə çatır.
Mütəxəssislərin proqnozuna görə, günorta saatlarından başlayaraq küləyin tədricən zəifləyəcəyi və havanın mülayimləşəcəyi gözlənilir.