Türkiyə yarı-prezident sisteminə keçir? - Ərdoğanın yeni siyasi gedişi

Türkiyə yarı-prezident sisteminə keçir? - Ərdoğanın yeni siyasi gedişi
13:38

Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasında (AKP) ölkənin yarı-prezident idarəetmə formasına keçməsi məsələsi müzakirə olunur. “Ekonomim” qəzetinin yaydığı məlumata görə, İslahatlar çərçivəsində təkmandatlı seçki sisteminə keçid də gündəmdədir. İddialara əsasən, bu təklif Türkiyə Demokratiya Fondunun nümayəndələri tərəfindən Prezident Rəcəb Tayyib Ərdoğanla keçirilən görüşdə qaldırılıb.

Mövzu ilə bağlı News365.az-a özəl açıqlama verən politoloq Turan Rzayev bildirib ki, hakimiyyət hələlik bu iddialara rəsmi münasibət bildirməsə və Ərdoğan parlament sisteminə qayıdış polemikalarını dəfələrlə faydasız adlandırsa da, dəyişən daxili şərtlər fonunda yarı-prezident modelinə keçid absurd görünmür.


Politoloq xatırladıb ki, Türkiyə 2017-ci il referendumundan sonra 2018-ci ildə prezident idarəetmə sisteminə keçib:

"Məhz bu sistem həmin dövr üçün Ərdoğanın hakimiyyətini qorumaq və qərarvermə mexanizmində əsas fiqur olmaq missiyasının məntiqi yekunu idi. Lakin aradan geçen 8 ildə ölkədə iqtisadi problemler kəskinləşib, lirənin dəyərdən düşməsi və qiymət artımı kimi amillər Ərdoğana qarşı əsas tənqid hədəfinə çevrilib. Məhz bu səbəblər onu yarı-prezident modelinə keçid barədə düşünməyə sövq edə bilər."

Yarı-prezident modeli nə vəd edir?

Yarı-prezident idarəetmə forması prezident və parlament sistemlərinin sintezidir. Bu modeldə xalq tərəfindən seçilən prezident mühüm siyasi legitimliyə malik olsa da, gündəlik idarəetməni parlament qarşısında məsuliyyət daşıyan baş nazir və Nazirlər Kabineti həyata keçirir.

Ekspertin fikrincə, yeni modelə keçiləcəyi təqdirdə, Prezident Ərdoğan öz güclü siyasi mövqeyini qorumaqla yanaşı, bir sıra strateji üstünlüklər qazanacaq:

  • Siyasi məsuliyyətin bölüşdürülməsi: Hazırkı sistemdə sosial-iqtisadi problemlərin tək hədəfi prezidentdir. Yarı-prezident modelində isə gündəlik idarəetmə cavabdehliyi baş nazirin üzərinə düşəcək. Ana müxalifətin potensial seçki qələbəsi halında belə, Ərdoğan iqtisadi məsuliyyəti müxalifət hökumətinin üzərinə yönəldə bilər.

  • Sabit parlament çoxluğu: Təkmandatlı seçki sisteminin tətbiqi böyük partiyaların parlamentdə daha çox yer qazanmasına kömək edəcək. AKP və müttəfiqləri parlamentdə üstünlük əldə edərsə, həm prezident, həm də hökumət üzərində faktiki siyasi nəzarəti qoruyacaqlar.

  • Siyasi davamlılıq: Bu model təkcə Ərdoğanın şəxsi prezidentliyini deyil, onun komandasının uzunmüddətli hakimiyyətdə kalmasını asanlaşdıran mexanizm rolunu oynayacaq.


Sizin reklam burada
Sizin reklam burada