İraqın Baş naziri Türkiyəyə gedir

İraqın Baş naziri Türkiyəyə gedir
12:23

İraqın Baş naziri Əli Zeydi Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə sabah Türkiyəyə rəsmi səfər edəcək.

News365.az xəbər verir ki, Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri Burhanettin Duran sosial media hesabında paylaşdığı məlumatda İraqın Baş naziri Əli Zeydinin sabah Türkiyəyə rəsmi səfər həyata keçirəcəyini bildirib.

Səfər çərçivəsində keçiriləcək görüşlərdə təhlükəsizlik, ticarət, enerji, nəqliyyat və su ehtiyatlarının idarə olunması başda olmaqla, iki ölkə arasındakı münasibətlər bütün istiqamətlər üzrə nəzərdən keçiriləcək. Həmçinin regional və qlobal hadisələr ətrafında fikir mübadiləsi aparılacaq.


Sizin reklam burada
Sizin reklam burada