Ermənistandan Rusiyaya göndərilən 39 min məhsul məhv edildi

Ermənistandan Rusiyaya göndərilən 39 min məhsul məhv edildi
11:36

Rusiyanın Smolensk vilayətində Ermənistandan gətirilən iri həcmli qızılgül partiyası fitosanitar qaydalara uyğun olmadığı üçün məhv edilib.

News365.az xəbər verir ki, Rusiyanın Baytarlıq və Fitosanitariya Nəzarəti üzrə Federal Xidməti ("Rosselxoznadzor") bildirib ki, gömrük əməkdaşları ilə birgə Belarusdan Moskvaya hərəkət edən yük maşını yoxlanılıb. Daşıma sənədlərində yükün sərinləşdirici alkoqolsuz içkilər olduğu göstərilsə də, yoxlama zamanı avtomobildə 39 200 ədəd qızılgül aşkarlanıb.

Məlumata görə, çiçəklərin fitosanitar sənədləri olmayıb. Qablaşdırmadakı etiketlər isə məhsulun Ermənistanda yetişdirildiyini göstərib. Qaydalara uyğun sənədləşmə aparılmadığı üçün yükün məhv edilməsi barədə qərar qəbul olunub.

Qeyd edək ki, "Rosselxoznadzor" mayın 22-dən etibarən Ermənistandan çiçək idxalına məhdudiyyət tətbiq edib. Qurum bunu bəzi məhsullarda fitosanitar normalara uyğun olmayan hallar və zərərvericilərin aşkar edilməsi ilə izah edib.


Sizin reklam burada
Sizin reklam burada