"Ərdoğan Mənim Dostumdur, Heç Kim Mənə Şərt Qoya Bilməz!" - Tramp

"Ərdoğan Mənim Dostumdur, Heç Kim Mənə Şərt Qoya Bilməz!" - Tramp
11:06

"Ərdoğan Mənim Dostumdur, Heç Kim Mənə Şərt Qoya Bilməz!"

ABŞ Prezidenti Donald Tramp Vaşinqton və Ankara arasında hərbi əməkdaşlıqla bağlı diqqətçəkən bəyanat verib.

News365.az xəbər verir ki, Tramp İsrailin Baş naziri Benyamin Netanyahunun Türkiyəyə "F-35" qırıcılarının tədarükünə qarşı çıxışını qətiyyətlə rədd edib. 

Mövzu ilə bağlı jurnalistlərin suallarını cavablandıran ABŞ lideri İsrail rəhbərliyinin etirazlarını açıq şəkildə geri çevirib.  "Türkiyə Möhtəşəm Müttəfiqdir" Tramp Ankaranın strateji əhəmiyyətini önə çəkərək Ağ Evin qərarlarında müstəqil olduğunu vurğulayıb: 

"Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan mənim dostumdur. Heç kim mənə kimə nə satıb, nə satmayacağımızı deyə bilməz. Türkiyə Birləşmiş Ştatlar üçün hər zaman möhtəşəm bir müttəfiq olub." 

Xatırladaq ki, bir müddət əvvəl İsrailin Baş naziri Benyamin Netanyahu Türkiyəyə müasir "F-35" beşinci nəsil qırıcı təyyarələrinin veriləcəyi ilə bağlı narahatlığını və narazılığını bildirmişdi. Lakin Trampın son bəyanatı Vaşinqtonun bu məsələdə Tel-Əvivin təzyiqlərinə boyun əyməyəcəyini nümayiş etdirdi.


Sizin reklam burada
Sizin reklam burada