Puqsli adlı iki yaşlı gümüşü rəngli pişik dünyanın ən uzun quyruğuna malik pişik (təxminən 47 santimetr-red.) olduğuna görə Ginnesin Rekordlar Kitabına düşüb. Bu barədə UPI portalı yazıb.
Nəşr qeyd edib ki, baytar Puqslinin özəlliyini doğulandan dərhal sonra hiss edib. Altı ay sonra onun sahibi bu özəlliyi araşdırıb. O, ev pişikləri arasında ən uzun quyruğa malik heyvanı axtarmaq üçün Ginnesin Rekordlar Kitabında araşdırmalara başlayıb. Pugsley sonda siyahıda birinci olub.
Onun sahibi Amanda Cameronun sözlərinə görə, Puqsli həmişə bu özəlliyinə görə yoldan keçənlərin diqqətini çəkib.
Tural