Qazaxıstanda iki cüdoçumuz mübarizəyə başlayır

Qazaxıstanda iki cüdoçumuz mübarizəyə başlayır
11:56

Qazaxıstanın paytaxtı Astanada cüdo üzrə Böyük Dəbilqə turniri davam edir.

News365.az xəbər verir ki, Azərbaycanın iki cüdoçusu bu gün mübarizəyə qoşulacaq.

Rəşid Məmmədəliyev (73 kq) 1/8 finalda Yersultan Duysenxan (Qazaxıstan) / Arun Kumar (Hindistan) cütünün qalibi ilə üz-üzə gələcək.

Eyni mərhələdə Südabə Ağayeva (70 kq) isə almaniyalı Miriam Butkereytlə qarşılaşacaq.

Xatırladaq ki, “Böyük Dəbilqə” mayın 10-u başa çatacaq.


Sizin reklam burada
Sizin reklam burada