"Əhali tünd, aktrisalar açıq dərilidir" - İradə İsaqdan hind kinosu ilə bağlı maraqlı paylaşım

"Əhali tünd, aktrisalar açıq dərilidir" - İradə İsaqdan hind kinosu ilə bağlı maraqlı paylaşım
11:29

Telejurnalist İradə İsaq sosial şəbəkədə paylaşdığı fikirlərlə diqqət çəkib.

News365.az xəbər verir ki, o, Hindistan kino sənayesində fəaliyyət göstərən aktrisaların görünüşü ilə bağlı maraqlı suallar ünvanlayıb.

İradə İsaq paylaşımında Hindistan əhalisinin əksəriyyətinin tünd dərili olduğunu qeyd edərək, filmlərdə və şou biznesdə yer alan bir çox aktrisanın isə açıq dərili görünməsinin onda təəccüb doğurduğunu bildirib.

Telejurnalist həmçinin sosial şəbəkə paylaşımında hind aktrisalarının sadə vətəndaşlarla çəkilən fotolarında görünən fərqlərə diqqət çəkərək, bu mövzunun onu düşündürdüyünü ifadə edib.

Onun paylaşımı sosial şəbəkələrdə müxtəlif reaksiyalarla qarşılanıb və müzakirələrə səbəb olub.


Sizin reklam burada
Sizin reklam burada