“Qarabağ” Bədavi Hüseynovla yeni müqavilə imzaladı

“Qarabağ” Bədavi Hüseynovla yeni müqavilə imzaladı
15:33

“Qarabağ” futbolçusu Bədavi Hüseynovla müqavilə müddətini uzadıb.

Klubdan  bildirilib ki, Azərbaycan millisinin müdafiəçisi ilə yeni bir illik sözləşmə imzalanıb.

Razılaşmaya əsasən, Bədavi Hüseynov 2027-ci ilin yayına qədər komandanın uğurları üçün mübarizə aparacaq.

2012-ci ildən “Qarabağ”ın formasını geyinən Hüseynov komandanın heyətində Premyer Liqada 267 oyunda 5 qol vurub.

O, Ağdam təmsilçisi ilə 11 dəfə Azərbaycan çempionu, 5 dəfə ölkə kubokunun qalibi olub, millidə 82 matçda 1 dəfə fərqlənib.


Sizin reklam burada
Sizin reklam burada