"Qarabağ"ın oyununda yeddi qol vuruldu

"Qarabağ"ın oyununda yeddi qol vuruldu
20 İyn 2026 20:50

Yeni mövsümə hazırlıqlarını davam etdirən “Qarabağ” və “Zirə” komandaları yoxlama oyununda üz-üzə gəlib.

News365.az xəbər verir ki, “Azərsun Arena”nın məşq meydançasında təşkil edilən görüşdə kollektivlər 30 dəqiqəlik 4 hissə oynayıblar.

Matç Qurban Qurbanovun komandasının 4-3 hesablı qələbəsi ilə yekunlaşıb.

Ağdam klubu yeni mövsümə Avstriyanın Tirol əyalətində, “Zirə” isə Türkiyənin Bolu şəhərində hazırlaşacaq.


Sizin reklam burada
Sizin reklam burada