Sabunçuda 71 yaşlı kişi ağacdan yıxılaraq öldü

Sabunçuda 71 yaşlı kişi ağacdan yıxılaraq öldü
12:10

Paytaxtın Sabunçu rayonunda 71 yaşlı kişi ağacdan yıxılaraq həyatını itirib.

News365.az xəbər verir ki, hadisə iyunun 18-də rayonun Kürdəxanı qəsəbəsində qeydə alınıb.

Qəsəbə sakini, 1955-ci il təvəllüdlü Yamil Məmmədov ağacdan yıxılaraq ağır xəsarət alıb və xəstəxanaya yerləşdirilib.

Həkimlərin səylərinə baxmayaraq, o, ötən gün xəstəxanada vəfat edib.


Sizin reklam burada
Sizin reklam burada