Azərbaycanda yeni BOKT yaradılıb

Azərbaycanda yeni BOKT yaradılıb
15:13

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti "Hermes" MMC bank olmayan kredit təşkilatını (BOKT) dövlət qeydiyyatına alıb.

News365.az xəbər verir ki, yeni kredit təşkilatı təsisçisi - "Hermes Finance" ASC ilə eyni hüquqi ünvanda Bakı şəhəri, Xətai rayonu, 8 noyabr prospekti, 36 ünvanında qeydiyyatdan keçib.

Onun nizamnamə kapitalı BOKT-lar üçün müəyyən edilmiş minimum tələbə uyğun - 1 milyon manat, qanuni təmsilçisi isə Həmid Mövsüm oğlu Mirzəyevdir.

O, həm də "Hermes Finance"ı direktorudur və həmin şirkətdə 10 % pay sahibidir. Səhmlərin qalan hissəsi Nuranə Mehrəliyeva-Rzayevaya (45 %) və Kamran Quliyevə (45 %) məxsusdur.

Xatırladaq ki, "Hermes Finance" 2018-ci ildə yaradılıb, lizinq fəaliyyəti ilə məşğul olan "Caspian Auto İmport" ASC-də 66,67 %, "Level Leasing" MMC-də isə 38 % pay sahibidir.

"Hermes" BOKT-un yaradılması barədə qərar "Hermes Finance"ın səhmdarlarının iyunun 9-da keçirilmiş növbədənkənar ümumi yığıncağında qəbul edilib.

Hazırda ölkədə 52 lisenziyalı BOKT var.


Sizin reklam burada
Sizin reklam burada