Bəlalarımızın səbəbkarı: UNUTQANLIQ

Bəlalarımızın səbəbkarı: UNUTQANLIQ
14:25
Tarixi unutmaq keçmişini,mənliyini,kimliyini unutmaqdır. Sovet hakimiyyəti yetmiş ildə 31 Mart soyqırımını bizə unutdurmuşdu.Bu unutqanlıq ona gətirib çıxardı ki, keçən əsrin sonlarında bədnam qonşumuz Qarabağı işğal etdi.Ərazimizin 20 faizi düşmən tapdağında qaldı. Milyondan çox soydaşımız ata-baba yurdundan didərgin düşdü,qaçqın həyatı yaşamalı oldu. Həmin dövrdə ermənilərin törətdikləri Xocalı soyqırımı əsrin faciəsinə çevrildi. İndiyədək bu soyqırıma dünya lazımı qiymət verməyib.Xocalı soyqırımını tanıyan 18 ölkə arasında Rusiyanın adı yoxdur.
Ermənistanın Baş naziri Nikol Paşinyan 2020-ci ildə Münhendə debat vaxtı soyqırımın Rusiya tərəfindən törədildiyini demişdi:”Xocalıda azərbaycanlıların qətlinin bizimlə heç bir əlaqəsi yoxdur.Bunu Rusiya ordusunun 366-cı motoatıcı alayı törədib”.Onu da bildirək ki, Paşinyan Kremlin qorxusundan yazdığını tələm-tələsik silib.Fakt faktlığında qalır.Soyqırımda həm rus, həm də erməni iştirak edib.Motoatıcı alayın tərkibində 80-85 faiz ermənilər idi.
Erməni yazıçısı Anna Payatyan Xocalıda ümumiyyətlə Qarabağda
,azərbaycanlılara qarşı törədilən vəhşiliklərə görə bir erməni olduğu üçün çox utanır .Və o, Sarkisyanı,Koçaryanı,Ter -Petrosiyanı uşaq qatilləri adlandırır.
Ermənilərin Xocalıda törətdikləri soyqırım haqqında çox yazılıb,çox deyilib. Bu yazıda bir neçə faktı yada salmağı lazım bildik. 343 gün erməni əsirliyində olmuş həmyerlimizin(adını göstərməyi lazı bilmədim ) ürək dağlayan söhbətini sakitcə dinləmək olmur. O,müsahibəsində deyir:” Ermənilər azərbaycanlı əsirləri aparıb erməni qəbirlərinin qarşısında başlarını kəsərək bizə göstərirdilər.Onlar bunu xüsusi qəddarlıqla edirdilər və bundan həzz alırdılar”.Başqa bir faktda göstərilirdi ki, əsir götürülmüş qadının qarnını yararaq ora pişiyin balasını qoyub tikirdilər.İndi siz deyin,bu vəhşiliyi necə unutmaq olar?
Rusiyalı telejurnalist Maksim Şevçenko çox haqlı olaraq deyir ki, nə qədər ki, Xocalı soyqırımının beynəlxalq səviyyədə tanınmasına nail olmamışıq,bu günü biz hər gün xatırlamalıyıq.Bu,ermənilərin əleyhinə,azərbaycanıların xeyrinə deyil,bu,nasizmin əleyhinə,insanlığın və ədalətin lehinədir.
Qarabağda yer üzündən şəhər və kəndləri silən düşməni necə unutmaq olar,necə yaddaşdan silmək olar? Ağdamda olanlar bu şəhəri Xirosima,Naqasaki ilə müqayisə edirlər.Rusiyanın “Milli müdafiə” jurnalının baş redaktoru,tanınmış hərbi ekspert İqor Korotçenko Ağdam təəssüratı barədə belə deyib :”Ermənilər burada atom bombası partlatmayıblar,onlar burada Azərbaycan xalqına qarşı nifrət bombası partladıblar.Dağıntıların miqyası insanı dəhşətə gətirir.Hazırda dünyada əyani surətdə vandalizm,nifrət və düşmənçiliyin nəticələrini göstərən belə bir yer yoxdur. Bu,insanlığa qarşı cinayətdir “. Rusiya Dövlət Dumasının deputatı Aleksey Juravlyov isə Ağdamda olarkən erməni vəhşiliyini öz gözləri ilə görəndən sonra deyib ki, bütün Sovet İttifaqının tanıdığı Ağdam demək olar ki,yoxdur.
Bədnam qonşumuz bu vandalizmi təkcə Ağdamda deyil,Qarabağın işğal edilmiş digər şəhər və kəndlərində də törədiblər. . Azərbaycan Ermənistanın şəhər və kəndlərini belə viran qoysaydı,onlar dünyanı ayağa qaldırardı.Çox təəssüf ikili standart hələ də qüvvədədir.Ermənilərin vəhşiliyinə göz yumanlar,onlara çanı yananlar indi də birlikdə yaşamağı təbliğ edirlər.Bəs ermənilər necə,bizimlə bir yerdə yaşamaq istəyirmi? Bu barədə onlar nə deyir.
Metanse Akopyan,Qarabağ sepatatçılarının nümayəndəsi:”Biz ağlamamalı və alçalmamalıyıq,düşmənlə (azərbaycanlılarla) bir yerdə yaşamağa və bir dam altında dins bir həyata heç vaxt içazə verməməliyik. Türklər və azərbaycanlılar bizim qatı düşmənrərimizdir və biz hər zaman müqavimət göstərməyə hazır olmalıqıq”
Rusiya Erməniləri İttifaqının sıdri Ara Abramyan həyasızcasına deyir ki, biz bütün Qarabağı geri qaytaracağlq, Azərbaycanla çox pis zarafat edəcəyik.
0 vaxtkı müdafiə naziri Arşak Karapetyan isə özünə belə təsəlli verir “biz müharibəni uduzmamışıq,döyüşü uduzmuşuq”. Həm müharibəni, həm də də döyüşü uduzan düşmənə öz həmyerlisi,həm də siyasi şərhçi Razmik Akopyanın sözlərini xatırlamaq kifayətdir:Elə etməyin ki, Azərbzycan Ermənistanı xəritədən silsin.Nə Qərb,nə Rusiya,nə də İran bunun qarşıslnı ala bilər.
İndi Azərbaycan əmin-amanlığa can atır,ədalətli sülh istəyir.Və təəssüf ki,Ermənistan hələki sülh müqaviləsini bağlamaqdan yayınır.
Akif Rüstəmov, professor

Sizin reklam burada
Sizin reklam burada