Hindistanda 6 nəfərin olduğu helikopter yoxa çıxıb

Hindistanda 6 nəfərin olduğu helikopter yoxa çıxıb
14:30

Hindistanın şimalında göyərtəsində altı nəfərin olduğu helikopter yoxa çıxıb.

News365.az "The Independent"ə istinadən xəbər verir ki, 5 sərnişin və 1 pilot daşıyan vertolyotun "Trans Bharat Aviation" şirkətinə məxsus olduğu müəyyən edilib. 

Helikopter Badrinatdan Dehradun şəhərinə gedirmiş.Helikopterlə əlaqə Coşimat yaxınlığında kəsilib.

Hadisə ilə bağlı axtarış-xilasetmə əməliyyatı başlanıb. 

Güclü yağışlar və zəif görünürlük xilasedicilərin işini çətinləşdirir.


Sizin reklam burada
Sizin reklam burada