"Qalatasaray" matçı təxirə salına bilər

"Qalatasaray" matçı təxirə salına bilər
20 Fev 2025 20:00

Avropa Liqasının pley-off mərhələsinin cavab oyunları çərçivəsində bu gün keçirilməli olan "Qalatasaray" - "AZ Alkmaar" matçı təxirə salına bilər.


News365.az xəbər verir ki, bu barədə türk KİV-ləri məlumat yayıb.


Məlumata görə, İstanbuldakı sərt və qarlı hava şəraiti səbəbindən görüşün təxirə salınması ehtimalı var.


Klub oyunun keçirilməsi üçün "Rams Park" stadionunda işləri davam etdririr. Yeni quraşdırılan hibrid ot örtüyünü qorumaq istəyən "Qalatasaray" "AZ Alkmaar"la oyundan əvvəlki məşqini "Florya Metin Oktay Tesisleri"ndə edib.


Bildirilir ki, oyun təxirə salınsa, sabah keçiriləcək. Əgər sabah da görüş üçün əlverişli şərait olmasa, matç növbəti həftə təşkil ediləcək.


Sizin reklam burada
Sizin reklam burada