Oğuzda qəza baş verib, xəsarət alanlar var
News365.az xəbər verir ki, hadisə Qaraməryəm-İsmayıllı-Şəki magistral yolunun rayonun Calud kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.
Belə ki, KİA və VAZ-21012 markalı avtomobillərin toqquşması nəticəsində VAZ-da olan Bərdə rayon sakinləri 39 yaşlı Məzahir Şahnamazov və 30 yaşlı Məmi İmanov xəsarət alıblar.
Yaralılar Oğuz Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər. Faktla bağlı araşdırma aparılır.