Putinin xüsusi nümayəndəsi Stounla görüşüb

Putinin xüsusi nümayəndəsi Stounla görüşüb
11:33

Rusiya Birbaşa İnvestisiya Fondunun rəhbəri, Rusiya Prezidentinin xarici ölkələrlə investisiya və iqtisadi əməkdaşlıq üzrə xüsusi nümayəndəsi Kirill Dmitriyev məşhur amerikalı rejissor Oliver Stoun ilə görüşüb. Bu barədə Dmitriyevin Teleqram kanalında məlumat yayılıb.


"Oliver Stounu Moskvada salamlamağa şadam" deyə xüsusi nümayəndə paylaşımına Stounla çəkdirdiyi fotonu əlavə edib.


Aprelin 28-də Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib ki, Rusiya prezidenti Vladimir Putin bu həftə Moskvada amerikalı rejissorla görüşə bilər.


Stoun aprelin 28-dən 30-dək davam edəcək "Bilik. Birinci" marafonunda iştirak edib. Rejissor aprelin 29-da mühazirə oxuyub.

Tural


Sizin reklam burada
Sizin reklam burada