“Biz qələmə
Tanrı kimi baxarıq! Ona biət edib, baş əyirik! Tanrı qələmi əlimizə ona görə
verdi ki, doğruları, olanları yazaq... gedib kiminsə yataq otağına girməyək,
pulunu saymayaq... böhtan-şər atmayaq... Özlərini bostandan çıxma
"jurnalist" kimi qələmə verib sosial şəbəkələrdə "məşhurlaşan"
psevdo-jurnalistlər adımıza-sanımıza, işimizə, fəaliyyətimizə xələl gətirdilər.
Arı-abrı unudub, ağıllarına gələni yazırlar hesablarında”.
Bu fikirləri
özünün sosial səhifəsində tanınmış jurnalist Aida Eyvazlı yazıb.
Daha sonra
o, Azərbaycan Respublikası Daxili Işlər Nazirliyinə xüsusi təşəkkürünü bildirərək
qeyd edib ki, özünü bloqer, jurnalist adlandıraraq dələduzluq, fırıldaqçılıq edən,
insanların etibarından sui istifadə edənləri aşkara çıxarıb, jurnalistikamızdan
kənarlaşdırmağa bizə yardımçı olur:
“Bu bloqer
"psevdo-jurnalistlər"in işi JEK müdirləri, məktəb direktorları, mədəniyyət
mərkəzləri, mağaza müdirlərindən pul yığmaqdır...
Öz hüququnu
bilməyən bir çox "rəhbər işçi" də onların əsirinə çevrilir.
Heyif ki,
belə üzdəniraq bloqer və “psevdo-jurnalistlər”ini dövlətin müxtəlif təşkilat və
idarələrində işləyən özlərinə bənzəyən mətbuat katibləri də əldə silah kimi
saxlayıb, özlərinə sərf edəndə onlara məlumat ötürərərk, böhtan-şər yazmağa şərait
yaradırlar. Belə ifşaedici əməlləri ilə psevdo jurnalistlərə yardım edən
qruplradn biri - yaxın illərə qədər Bakı şəhəri Təhsil İdarəsinin mətbuat xidmətindən
də tənzimlənirdi.
Əfsuslar
olsun ki, belə “psevdo-jurnalistciklər” MEDİA agentliyində də qeydiyyatdan keçə
biliblər.
Mən inanıram
ki, cəmiyyətin belə ünsürlərinə qəti savaş elan ediləcək”.
News365.az