Fransa Vaşinqton sammitinin ildönümü ilə bağlı bəyanat yaydı

Fransa Vaşinqton sammitinin ildönümü ilə bağlı bəyanat yaydı
14:25

Fransa Xarici İşlər Nazirliyi (XİN) Vaşinqton sammitinin ildönümü ilə bağlı bəyanat yayıb.

News365.az xəbər verir ki, bəyanatın mətni nazirliyin rəsmi saytında dərc edilib.

Fransa XİN son bir il ərzində Azərbaycan və Ermənistan tərəfindən mühüm addımların atıldığını vurğulayıb.

"Son bir il ərzində hər iki ölkənin hakimiyyət orqanları sülhü öz xalqları üçün hiss olunan reallığa çevirmək məqsədilə mühüm və cəsarətli addımlar atıblar.

Fransa ümid edir ki, bu proses Ermənistan və Azərbaycan arasında sülh müqaviləsinin imzalanması və ratifikasiyası, sərhədlərin yenidən açılması və regional bağlantıların inkişafı ilə davam edəcək. Bununla da Cənubi Qafqaz Avropa ilə Asiya arasında əlaqələndirici məkan olmaqla, tam əməkdaşlıq zonasına çevriləcək.

Fransa Avropadakı tərəfdaşları ilə birlikdə Ermənistan və Azərbaycanın suverenliyinə və ərazi bütövlüyünə tam hörmətlə yanaşmaqla bu prosesə fəal şəkildə töhfə verməyə davam edəcək", - bəyanatda qeyd olunub.

Xatırladaq ki, 2025-ci il avqustun 8-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Tramp və Ermənistan Respublikasının Baş naziri Nikol Paşinyan Azərbaycan Respublikasının Prezidenti və Ermənistan Respublikasının Baş nazirinin Vaşinqtonda görüşünə dair Birgə Bəyannamə imzalayıblar.


Sizin reklam burada
Sizin reklam burada