“Şərq Şərqdir,
Qərb Qərbdir və onlar heç zaman birləşməyəcəklər”- Redyard Kiplinq, Nobel
mükafatı laureatı
Aristotelin
yazdığı "Fizika", "Astronomiya", "Siyasət" və
"Estetika" əsərləri Yunanıstanın bütün savadlı adamları üçün başa
düşülən idi. Bu yunan təhsilinin mükəmməliyi ilə bağlı olan bir məsələ idi.
Nyutonun "Natural fəlsəfənin riyazi başlanğıcı" əsəri bütün fiziklər
üçün ən marqlı kitab olub. Ancaq geniş oxucu kütləsi üçün mürəkkəbdir. Nyutonun
özü belə hərəkət və qravitasiyanı geniş oxucalara başa salmaq imkanında
deyildi. Onun əsəri o qədər vacib idi ki, Volter onu götürüb fransız cəmiyyətinə
başa saldı və fransız dilnə tərcüməsini təşkil etdi. Böyük fizik, Nobel
mükafatı laureatı Stiven Vaynberq özünün “Birinci 3 dəqiqə” kitabı haqqında
yazır: "Bu kitabda kifayət qədər maraqlı mətnlər var. Ancaq formul yoxdur.
Kitaba əlavədə mən o riyazi incəlilkəri vermişəm ki, bunu orta məktəb şagirdləri
də başa düşsünlər." Vaynberq haqlı olaraq yazır ki, Elmi –populyar mətnlərin
polemika stili İslam elmində dünyaya gəlib. Burda əsas diqqət elmi dəyərin
islama olan münasibətindən gedirdi. Astronom Əl -Biruni islam ekstremistlərinin
antielmi əhvalından razı deyildi. Elmin populyarlaşdırılmasını çıxış yolu kimi
görürdü. Əl-Biruninin həsəd apardığı həkim Ər -Razi deyirdi ki, alimlər bəşəriyyətə
daha böyük fayda gətirə bilərlər, nəinki dindarlar. Filosof-həkim İbn Sina
"Biliklər kitabı"nda məntiqin məqsədi və xeyrindən danışır: "Dərk
ediləndən dərk edilməyənə doğru mütləq keçiləsi yol var. Məntiq məhz o elmdir
ki, dərk olunmayanı dərk olunanın köməyi ilə açır. Yəni əsl həqiqət nədir, ona
yaxın olan hansıdır, yaxud nə yalandır və onların hansı növləri vardır-bunlara
məntiq çavab verir".
Onların
ideyalarını Stiven Vaynberqlə birgə Fizika üzrə Nobel mükafatına layiq görülmüş
Əbdüs Salam davam etdirdi. Bütün gücünü Fizikanın gözəlliyini müsəlman
dünyasına izah etməyə sərf etdi...
Stiven
Vaynberq "Müasir elmin mənbəyi" adlı kitabında yazır: "Mənə belə
gəlir ki, Qədim yunan mütəfəkkirlərinin əsərlərini yaxşı qavramaq üçün onları
fizik-alim, filosof kimi yox, şair kimi qəbul etmək lazımdır. Ksenofan,
Parmenid, Empedokl müəyyən mənada şairdirlər. Anaksimandr, Heraklit, Demokrit əsərlərini
şeir formasında yazıblar. Siseron Demokrit haqqında deyirdi ki, o,
başqalarından daha poetikdir. Yəni demək stəyirəm ki, poeziyada söz geniş mənada
daha çox estetik effekt verir".
Elm böhran
zolağına girəndə onun yeni koqnitiv prosedurları işlənməlidir. Böhranın aradan
qaldırılmasında adətən Makiavelli təfəkkür forması ortaya çıxır. Yəni məqsədə
çatmaq üçün bütün vasitələr yaxşıdır. Bu vəziyyəti Nils Bor obrazlı şəkildə belə
ifadə edir: “Bizim qabı yumaq işimiz dildə olan dəqiqlik kimidir. Bizdə çirkli
su və kirli dəsmal var. Lakin sonda biz qabı təmiz hala gətirib çıxaracağıq”.
Dildə də belədir. Bizdə izahı olmayan anlayışlar və məntiq var: onaların tətbiq
sərhədlərini bilmirik, lakin buna baxmayaraq onların köməyi ilə təbiət hadisələrini
birtəhər izah edə bilirik. Kvant böhranı atmosferində normal fiziklər belə
halda “poetikliyin xəstəhal” vəziyyətinə düşürlər. Evristik metaforalar,
obrazlar və pritçalar işlətməyə başlayırlar. Və elmi refleksivliyin qeyri- dəqiqliyi
yaranır. Dəqiq fizikanı qeyri - dəqiq təfəkkür vasitəsilə vəziyyətdən çıxarmaq
cəhdləri ortaya çıxır. Borun metaforasına istinad etsək fizikanı kirli
metodlarla təmizləmək istəyirlər. Əslində Nils Bor özünün məşhur “Tamamalama
prinsipi” ilə böhranı qismən aradan qaldırdı. Elmiliyin adekvat dərki üçün dəqiqlik
və qeyri - dəqiqliyin komplementar qarşılıqlı əlaqəsini təklif etdi.
Dahi Nizami
Gəncəvi cisimlərin dövri hərəkətini və ətalət qanununu obrazlı şəkildə belə təsvir
edir:
Başlanğıc hərəkət
olmasa əgər
Hərəkət edərmi
bir cəhrə məgər?
Hərəkət verərsə
ona bir insan
O da hərlənəcək
yəqin bir zaman.
Kainat özü də
belə dövr edir,
Gövhər
tanıyana aydındır bu sirr.
Etibar Əliyev,
ekspert
News365.az