Bakıda minik avtomobili neft quyusuna düşüb.
News365.az xəbər verir ki, hadisə Suraxanı rayonu ərazisində qeydə alınıb.
Sürücünün idarəetməsindən çıxan “Audi” markalı minik avtomobili xam neftlə dolu olan quyuya düşüb. Maşındakı şəxslər ətrafdakıların köməyi ilə nəqliyyat vasitəsindən çıxarılıb.
Hadisənin hansı səbəbdən baş verməsi açıqlanmayıb.
Görüntüləri təqdim edirik: