Bu da mənim TÜRK babam, şəhid babam, ŞAH babamdır. Əsasən Qərb ensiklopediyalarının alternativ versiyasına görə bu gün, 6 avqust 1698-ci onun MÖVLUDUDUR. SOYU bəlli, BOYU bəlli babamdır. Tarixi ədəbiyyatda əsasən 1688-ci ilin oktyabrı və ya noyabrı, bəzi mənbələrdə isə Abbasqulu ağa Bakıxanovun göstərdiyi kimi 1689-cu il qəbul edilsə də, fiziki doğum tarixi dəqiq olmasa da əsas odur ULU SOYU-nun, yeri - göyü titrədən qüdrətinin, Şərqi-Qərbi lərzəyə gətirən dünyaya Günəş kimi doğan BÖYÜK İMPERİYASININ ALİ DOĞUM GÜNÜ bəllidir. Tarixi türk gələnəklərinə uyğun olaraq keçirdiyi QURULTAY bəllidir. Qurultayın YERİ bəllidir! Əsas odur nəinki Şərqin, hətta Qərbin tarix səhifələrində "Şərqin Napoleonu", "Şərqin qılıncı", "İkinci Makedoniyalı İsgəndəri" adı, ünvanı bəllidir...
Bəli, adı, şəxsiyyəti titulundan, vəzifəsindən qabaq yazılan, "Şah Nadir" yox, məhz NADİR ŞAH, NADİR XAQANdır o. Adı kimi özü də, əməli də şəxsiyyəti də nadir olan NADİR XAQAN! Ayırmaq yox, birləşdirmək istəyən, qılıncı yalnız türk, müsəlman deyil, yadelli kafir başı kəsən ULU XAQAN. Cəmşidin, Keykavusun deyil, ATİLLANIN, METENİN, GÜRŞADIN RUHUNU YAŞADAN ULU XAQAN! Türk soyunu korlamaq üçün siğəşünaslığı dövlət doktrinasına qatan, ayırmaq üçün Livandan, Suriyadan, İraqdan təfriqəçi molla sürüsünü gətirib Türk taxtının ətəyinə daraşdıran yox, Nəcəf Konfransını təşkil edib ruhanilərə vəhdət, birlik konsepsiyası hazırlamaq əmri verən KİŞİDİR bu NADİR KİŞİ.
Soy qardaşının imperiya paytaxtına ədavət üçün sandıqda nəcis yollayan deyil, vəhdət üçün gül çələngində namə yollayan DAHİ KİŞİ.
QÜDRƏTİ, CƏSARƏTİ, ŞÜCAƏTİ, HƏRBİ DÜHASI, BİRLƏŞDİRİCİ SİYASİ DƏHASI VƏ ƏMƏLİ, BÖYÜK TÜRK RUHU, PARLAQ OBRAZI ilə bugünkü TÜRK DÖVLƏTLƏRİ TƏŞKİLATIna ideal, nümunə olası XAQAN!
Müasir dövrün coğrafiyasına əsasən Azərbaycan, İran, Əfqanıstan, Pakistan, Hindistanın bir hissəsi, İraq, Türkmənistan, Özbəkistan, Tacikistan, Qırğızıstan, həmçinin Gürcüstan və Dağıstan (Rusiya) torpaqlarını əhatə edən nəhəng bir ərazini özündə birləşdirən TÜRK adına, TÜRK soyuna dayanan BÖYÜK AFŞAR İMPERİYASı qurmuşdu. Fars vəsvəsəsinə, molla nəfəsinə yad olan bir imperiya yaratmışdı.
Günəş çıxanda ulduzlar batır deyə ismi çəkilməyən, obrazı qarşısında başqalarının siması sönük görünür deyə kölgədə saxlanmağa çalışılan kişidir NADİR. Sadəcə "Nadir şah..." deyib keçdilər yanından...
Ayıran yox, birləşdirən, kiçildən yox, böyüdən kişidir NADİR! Təkcə coğrafi deyil, soy, əqidə, din, ideoloji sarıdan millətini, ümmətini birləşdirmək uğrunda şəhid olan KİŞİDİR NADİR XAQAN!
NADİR şah Rusiya ilə mübarizədə daha güclü və nəticəli siyasət yürüdürdü. Səfəvilərin tənəzzül dövründə I Pyotr Xəzərsahili torpaqları işğal etmişdi, lakin NADİR şah hərbi təzyiq və Gəncə müqaviləsi (1735) vasitəsilə rus qoşunlarını həmin ərazilərdən geri çəkilməyə məcbur etdi. Zəifləmə dövründə Səfəvilər Xəzəryanı torpaqlarını (Bakı, Dərbənd, Gilan) itirmişdilər. I Pyotr dövründəki yürüşlərin qarşısında Səfəvi imperiyası daxili çəkişmələrə görə adekvat müqavimət göstərə bilmirdi. 1723-cü il Peterburq müqaviləsi ilə torpaqların itirilməsi rəsmiləşmişdi. NADİR şah güclü ordu quraraq Rusiyanı diplomatiya və hərbi güclə sıxışdırdı.1735-ci ildə imzalanan Gəncə müqaviləsi ilə ruslar Azərbaycan torpaqlarından imtina ETDİLƏR. Rusiya imperiyası NADİR şahın hərbi qüdrətindən çəkinərək Xəzər sahilindən könüllü imtina etməli oldu!
Bu, NADİR ŞAHIN strateji xidmətlərinin təkcə biridir.
Özündən əvvəlki, fars şüubiyyəsinin Sasani nostalgiyasından ilhamlanan bölücü əsaslara söykənən məzhəbçi - teokratik ideoloji sistemdən imtina edib TÜRK TÖRƏSİ ənənələri əsasında dövləti dünyəviliyə çəkmək niyyətlərini, bu yöndəki fəaliyyətini sezən xainlər Türk imperiyaları arasında ittifaqın baş verə biləcəyini vaxtında qiymətləndirib fərqli bəhanələrlə böyük TÜRK İMPERATORUnu ənənəvi batini, həşşaşi metodlarına uyğun formada öz yanındakıların əli ilə ŞƏHİD etdilər.
Ruhu şad olsun, adı çəkiləndə ədavət yox, vəhdət, məhəbbət yaranan, amalı və əməli birləşdirmək olan BÖYÜK NADİR XAQANIN...
Tural Irfan, MCP-nin sədr müavini