“Qarabağ” onun üçün milyonluq təklifləri rədd etdi

“Qarabağ” onun üçün milyonluq təklifləri rədd etdi
17:10

Braziliyanın “Botafoqo” klubu “Qarabağ”ın yarımmüdafiəçisi Pedro Bikalyo ilə yenidən maraqlanıb.

News365.az Qol.az-a istinadən xəbər verir ki, 25 yaşlı futbolçu üçün Azərbaycan klubuna 1,5 milyon dollar təklif olunub. Lakin “Qarabağ” bu məbləği qəbul etməyib.

Məlumata görə, Ağdam təmsilçisi əvvəlki transfer pəncərəsində Rusiyanın “Rubin” klubunun Bikalyo üçün göndərdiyi 2,5 milyon dollarlıq təklifi də geri çevirib.

“Botafoqo”nun Dominqos Andrade ilə müqavilə imzalamasından sonra Pedro Bikalyo ilə bağlı danışıqları davam etdirməyəcəyi bildirilir.

Qeyd edək ki, Bikalyo 2022-ci ildə “Palmeyras”ın gənclər komandasının kapitanı olub və San-Paulu Gənclər Kubokunu qazanıb.


Sizin reklam burada
Sizin reklam burada