Dənizdə batan 16 yaşlı yeniyetmənin meyiti tapıldı

Dənizdə batan 16 yaşlı yeniyetmənin meyiti tapıldı
12:04

Avqustun 6-da Bakının Sabunçu rayonu, Pirşağı qəsəbəsində dənizdə batan 16 yaşlı şəxsin meyiti tapılıb.

Bu barədə  News365.az-a Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.

Bildirilib ki, ən yaxın sularda xilasetmə məntəqəsindən 2 kilometr aralıda, nəzarətsiz ərazidə dənizdə batan 2010-cu il təvəllüdlü Seyidəmirov Asiman Elaqif oğlunun meyiti FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıcları tərəfindən tapılaraq sudan çıxarılıb.

Meyit aidiyyəti üzrə təhvil verilib.


Sizin reklam burada
Sizin reklam burada