Bu gün
kiminsə ədalətli olduğunu bilmək üçün iki ən iri beynəlxalq münaqişə üzrə
mövqeyi ilə maraqlanın. Rusiya-Ukrayna və İsrail- Fələstin müharibələrində iki
slavyan və iki semit xalqı amansızcasına savaşır. Və hər ikisində də işğalçı,
terrorçu və soyqırım törədən tərəf bəllidir: Rusiya və İsrail. Lakin bəziləri
bu münaqişələrə fərqli münasibət bəsləyir: biri deyir ki, Ukrayna haqlıdır,
amma Fələstin yox və ya əksinə.
Bu barədə
danışan hüquqşünas Əkrəm Həsənov
deyir ki, belələrinin ikili standart tətbiq
etməsi və adil olmaması aşkardır:
“Prinsipal və
ədalətli münasibət göstərənlərin lideri isə İspaniyadır. Bu möhtəşəm dövlət həm
Rusiyanı, həm də İsraili qətiyyətlə pisləyir, onların rəhbərliyinin hərbi cinayətkar
olduğunu bildirir. Buna görə də İspaniyanın dünyada nüfuzu yüksəkdir. Futbol
çempionu olduqdan sonra ona rəğbət daha da artıb. Belə şəraitdə birdən-birə
onun Seuta şəhərində çaxnaşmaların başlaması və bəzi İsrail rəsmilərinin buna dəstək
olması hər şeydən xəbər verir. İspaniyaya qarşı təxribat törədilir. Necə ki, ötən
əsrin əvvəlində İspaniya üzərini faşizm buludu almışdı. Həmin dövrdəki kimi qəhrəman
İspaniya xalqı "No Pasaran!" şüarı altında savaşdı və yekunda qalib
oldu. Bu gün isə ona sevgisi olanların sayı daha çoxdur. Deməli, şər qüvvələr
daha tez məğlub olacaq. No Pasaran! Səninləyik, İspaniya!”
News365.az