Ukraynanın Kirovoqrad vilayətində hərbi helikopter döyüş tapşırığını yerinə yetirərkən qəzaya uğrayıb.
News365.az xəbər verir ki, bu barədə Ukrayna mətbuatı yazıb.
Bildirilib ki, hərbi helikopterin qəzaya uğraması nəticəsində helikopter bölüyünün bort aviasiya texniki ölüb.
“Yaroslav Demçevski döyüş uçuş tapşırığını yerinə yetirərkən helikopterin qəzaya uğraması nəticəsində həlak olub. O, sonadək Ukrayna səmasını müdafiə edib”.