Bakıda taksidən pul və bank kartları oğurlandı

Bakıda taksidən pul və bank kartları oğurlandı
14:44

Taksidən pul və bank kartları oğurlayan şəxs saxlanılıb.

Bu barədə  News365.az-a DİN-in mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, Nizami rayonu ərazisində taksi fəaliyyəti ilə məşğul olan sürücülərdən birinin avtomobilindən oğurluq edilməsi barədə polisə məlumat daxil olub.

Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən 37 yaşlı Ə.Tağıyev müəyyən olunaraq saxlanılıb.

Araşdırmalarla müəyyən edilib ki, saxlanılan şəxs müştəri qismində əyləşdiyi taksidə sürücünün avtomobildən enməsindən istifadə edərək salondan 770 manat pul vəsaiti, mobil telefon və bank kartlarını oğurlayıb.

Faktla bağlı araşdırma aparılır.


Sizin reklam burada
Sizin reklam burada