İmişlidə ağır qəza: Xəsarət alanlar var

İmişlidə ağır qəza: Xəsarət alanlar var
13:24

İmişli şəhərində üç nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

News365.az xəbər verir ki, insident gecə saatlarında şəhərin Seymur Əzizalıyev küçəsində qeydə alınıb. Hərəkətdə olan "Mercedes" markalı minik avtomobili idarəetmədən çıxaraq yol kənarındakı işıq dirəyinə çırpılıb. Qəza nəticəsində xəsarət alan Səfər Əzizov, Rüqayə Əzizova və Şahbəyim Əzizova İmişli Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.


Sizin reklam burada
Sizin reklam burada