Professordan bu gün insanları təşvişə salan ZƏLZƏLƏLƏR haqda - SON DƏQİQƏ AÇIQLAMASI-FOTO

Professordan bu gün insanları təşvişə salan ZƏLZƏLƏLƏR haqda - SON DƏQİQƏ AÇIQLAMASI-FOTO
13 Apr 2025 17:44

Bu gün Vanın Tuşba rayonunda bir saat ərzində 3.2, 3.6, 4.1 və 3.2 bal gücündə zəlzələlər qeydə alınıb.

Bu barədə Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.

Məlumata əsasən, hər hansı bir mənfi hal yaşanmasa da, zəlzələlər əhali arasında təşvişə səbəb olub.

Professor Ahmet Ercan X hesabında hadisəyə münasibət bildirib:

“Bu gün baş verən zəlzələlər tamamilə təbii və gözlənilən bir hadisədir. 2011-ci ildə Van şəhərində baş verən 7.2 bal gücündəki zəlzələnin qorxusu hələ də əhali üzərində qalmaqdadır və bu səbəbdən hər kiçik zəlzələdə insanlar həyəcan və gərginlik yaşayırlar.

Lakin bugünkü ardıcıllıqdan sonra böyük bir zəlzələ baş versə, təəccüblənərəm”.

Ercan bölgənin seysmik baxımdan çox aktiv olduğuna diqqət çəkib:

“Van yer qabığının sıx toqquşmalarının yaşandığı bir bölgədir”.


Sizin reklam burada
Sizin reklam burada