İran ABŞ-yə "nüvə proqramını dayandırmayacağıq" deyib

İran ABŞ-yə "nüvə proqramını dayandırmayacağıq" deyib
15 Apr 2025 13:05

İranın xarici işlər naziri Abbas Əraqçi ABŞ prezidentinin xüsusi elçisi Steven Uitkoff ilə Omanda apardığı dolayı danışıqlar zamanı diqqət çəkən fikirlər səsləndirib. Bu barədə "Tehran Times" qəzeti məlumat yayıb. Qeyd edilib ki, o, Tehranın nüvə proqramını məhdudlaşdırmayacağını bəyan edib. 

Bununla yanaşı, Əraqçi bildirib ki, İran Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (MAQATE) nüvə obyektlərinə çıxışını təmin etməyə hazırdır.



Tural


Sizin reklam burada
Sizin reklam burada